Modern.az

Azərbaycanda istehlak bazarı 4 faiz böyüyüb

Azərbaycanda istehlak bazarı 4 faiz böyüyüb

İqtisadiyyat

18 İyun 2024, 11:38

2024-cü ilin yanvar-may aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 27,1 milyard manat təşkil edib.

 

Modern.az xəbər verir ki, bu göstəricinin həcmi 2023-cü ilin yanvar-may aylarına nisbətən müqayisəli qiymətlərlə 3,9% artıb.

 

Qeyd edək ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə 3,8% artaraq 26 milyard manata bərabər olmuş, onun 43,9%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

 

Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 531,5 manat və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 19,9 manat çox vəsait xərcləyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azyaşlıya qarşı əxlaqsızlıq edən hacı Salmanın videosu yayıldı