Modern.az

Qadın sahibkarların bölgələr üzrə rəsmi STATİSTİKASI

Qadın sahibkarların bölgələr üzrə rəsmi STATİSTİKASI

16 İyul 2024, 11:20

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən, 2024-cü il iyulun  1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1 milyon 356 mini keçib.

Azərbaycanda hazırda fərdi sahibkarların 77 faizini kişilər, 23 faizini isə qadınlar təşkil edir.

Bu barədə Modern.az-a Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilib.

Kişi fərdi sahibkarların sayı 1 045 014, qadın fərdi sahibkarların sayı 311 572 nəfərdir.

Rəsmi statistikaya görə, qadın fərdi sahibkarlar daha çox kənd təsərrüfatında (41,3%), ticarət sahəsində (18%), təhsildə (3,5%), peşə, elmi və texniki fəaliyyətdə (3,3%), ictimai işaşə sektorunda (2,6%), emal sənayesində (1,9%) çalışırlar,

Sahibkar qadınların 28,6%-i Bakıda, 10,2%-i Lənkəran-Astara, 9,6%-i Qazax-Tovuz, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib. Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Qazax-Tovuz (28,2%), Naxçıvan Muxtar Respublikası (26,7%),  Gəncə-Daşkəsən (25,9%), Bakı (24,8%) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.  


A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri