Modern.az

Azərbaycan neftinin qiyməti 85 dollardan aşağı düşüb

Azərbaycan neftinin qiyməti 85 dollardan aşağı düşüb

24 İyul 2024, 09:07

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1.36 ABŞ dolları ucuzlaşıb.

 

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,36 ABŞ dolları, yaxud 1,58 % azalaraq 84,98 ABŞ dolları təşkil edib.

 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri