İtaliyanin Turin şəhərində keçirilən 66-cı "Avroviziya-2022" beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi başa çatıb.
Modern.az xəbər verir ki, 25 ölkənin iştirak etdiyi finalda 631 səslə Ukrayna (Kalush Orchestra - Stefania) bütün rəqiblərini qabaqlayaraq müsabiqənin qalibi olub. Britaniya ikinci, İspaniya isə üçüncü olub.
Azərbaycan təmsilçisi Nadir Rüstəmli 106 səslə müsabiqədə 16-cı yerdə qərarlaşıb. Yunanıstan, Serbiya və İspaniya milli münsiflər heyəti Azərbaycana 12 səs verib.
****
23:04
İtaliyanın Turin şəhərinin ev sahibliyi etdiyi 66-cı “Eurovision” mahnı müsabiqəsinin finalı başlayıb.
Modern.az xəbər verir ki, İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da keçirilən finalda 25 ölkənin təmsilçiləri yarışırlar.
Finala yüksələn ölkələr Azərbaycan, Belçika, Çexiya, Polşa, Finlandiya, Estoniya, Avstraliya, İsveç, Ruminiya, Serbiya, Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland, İsveçrə, İslandiya, Litva, Portuqaliya, Ermənistan, Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və ev sahibi İtaliyadır.
Dünyanın ən böyük canlı musiqi tədbirində Azərbaycanı təmsil edən Nadir Rüstəmli “Fade To Black” adlı mahnı ilə 15-ci nömrə altında çıxış edəcək. Səsvermə zamanı iştirakçılara ölkəmizdən münsiflər tərəfindən veriləcək səsləri “İctimai TV”nin aparıcısı Nərmin Salmanova elan edəcək.
Qeyd edək ki, “Eurovision” mahnı müsabiqəsi 31 ildən sonra yenidən İtaliyada keçirilir. İtaliya “Zitti e buona” mahnısı ilə 1990-cı ildən bəri ilk dəfə keçən il “Eurovision” müsabiqəsinin qalibi olub. İtaliya artıq üçüncü dəfə (1965-ci ildə Neapol, 1991-ci ildə Roma) “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edir.