Modern.az

Arzu edirəm ki, “Eurovision” gələn il Şuşada keçirilsin” - Nadir

“Arzu edirəm ki, “Eurovision” gələn il Şuşada keçirilsin” - Nadir

Mədəniyyət

14 May 2022, 21:10

“Eurovision 2022” mahnı müsabiqəsində Azərbaycanla yanaşı, bütün türk dünyasını təmsil edirəm. Müxtəlif ölkələrdə yaşayan soydaşlarımızdan, eləcə də dünya türklərindən dəstək gözləyirəm.

 

Modern.az xəbər verir ki, bu sözləri “Eurovision” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Nadir Rüstəmli deyib.

 

“Eurovision” mahnı müsabiqəsinin qalibi olacağıma inanıram. Arzu edirəm ki, “Eurovision” gələn il bütün türk dünyasının mədəniyyət paytaxtı olan Şuşada keçirilsin”, - deyə təmsilçimiz vurğulayıb.

 

Qeyd edək ki, bu gün 66-cı “Eurovision” mahnı müsabiqəsinin finalı keçiriləcək. Turin şəhərinin ev sahibliyi etdiyi və İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da baş tutacaq böyük finalda 25 ölkənin təmsilçiləri öz performanslarını nümayiş etdirəcəklər.

 

Azərbaycan təmsilçisi Nadir Rüstəmli “Fade To Black” mahnısı ilə 15-ci nömrə altında çıxış edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər