Modern.az

Prezidentlə söhbət edən şuşalı rəssam: "Əsərlərimdə keçmişi yaşadıram" - FOTO

Prezidentlə söhbət edən şuşalı rəssam: "Əsərlərimdə keçmişi yaşadıram" - FOTO

19 İyul 2024, 10:14

Torpaqlarımız işğaldan azad edilsə də, təəssüf ki, olduğu kimi qalmayıb. Bir çox tarixi abidələrimiz, qədim Azərbaycan məhəllələri dağıdılıb, məhv edilib. Amma qədim torpaqları, tarixi abidələri öz əsərlərində yaşadıb saxlayan bir sıra sənətkarlarımız var. Onlardan biri də rəssam Rövşən Bayramovdur.

 

Azərbaycan Rəssamlar İttifaqının üzvü olan şuşalı sənətkar bir müddət əvvəl Prezident İlham Əliyevin Şuşaya səfəri zamanı onunla söhbət etməsi ilə yadda qalmışdı. 

 

Prezident İlham Əliyev: Salam Rövşən müəllim, yeni əsərlər var?

Rəssam Rövşən Bayramov: Var, var.

Prezident İlham Əliyev: Oradan görürəm, eyvanda. Bu, yeni əsərdir?

Rəssam Rövşən Bayramov: Bəli.

Prezident İlham Əliyev: Ay maşallah, ilham gəlib sizə doğma Vətənə qayıdandan sonra...

 

Rövşən Bayramov Şuşanın işğal edilməsindən sonra uzun illər məcburi köçkün həyatı yaşayıb. "Şuşasız Şuşanı çəkən rəssam" artıq öz doğma yurdunda yeni sənət əsərləri yaradır.

Modern.az Rövşən Bayramovla söhbətləşib.  O bildirib ki, Şuşaya qayıdandan sonra bir sıra yeni əsərlər çəkib.

 

"Xəyal edərək çəkməklə, görərək rəsm etmək arasında böyük fərq var", - deyir rəssam. Onun ən son ərsəyə gətirdiyi əsərlər arasında “Cıdır düzü”, “Gəncə Qapısı”, “Xarı Bülbül”, “Mərdinli Məhəlləsi” var.

 

R.Bayramovun sözlərinə görə, cənab Prezidentlə söhbəti heç vaxt unutmayacağı anlardandır: “Şuşaya birinci gələnlərdən biri də mən idim. İlham Əliyev evimin açarını da özü mənə təqdim etdi, uğurlar arzu etdi. Mən cənab Prezidentə Bakıda çəkdiyim əsərləri Şuşada rəsm qalereyasında sərgiləyəcəyimi bildirdim”.

 

Müsahibimiz qeyd edib ki, əsərlərində əsas mövzu Şuşanın qədim məhəllələridir:

 

“Şuşa çox dəyişib, bir çox binalar dağılıb, məhəllələr demək olar ki, məhv olub. Ona görə də mən həmin məhəllələri öz əsərlərimdə saxlayıram. İndiki, gələcək nəsillər görsünlər ki, o dövrdə olan Şuşa məhəllələri necə olub. Onsuz da indi yeni tikilən binaları görürük. Amma mən əsərlərimdə keçmişi yaşadıram”.

 

1365164

1365161

1365169

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər