Modern.az

"Türkdilli ölkələrin teatrları ilə təmaslar qurmağa çalışacağıq" - Hacı İsmayılov 

"Türkdilli ölkələrin teatrları ilə təmaslar qurmağa çalışacağıq" - Hacı İsmayılov 

22 İyul 2024, 17:16

Azərbaycan Teatr Xadimləri İttifaqının məqsədi ölkəmizdə teatr sənətinin inkişafına kömək göstərməkdir. Bu məqsədlə biz bu il bölgələrdəki teatrları “Qonaq teatr” layihəsinə dəvət etdik. Bölgələrdən olan teatr kollektivləri Bakıya çox böyük sevinc və həvəslə gəlirlər. Biz bu istiqamətdə işimizi bundan sonra da davam etdirəcəyik.

 

Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Xalq artisti Hacı İsmayılov söyləyib.

 

“Bundan sonra xarici və türkdilli ölkələrin teatrları ilə təmaslar qurmağa çalışacağıq. Azərbaycan teatrını dünya səviyyəsinə qaldırmaq lazımdır. Mənim üzərimə çox böyük vəzifə düşür. Teatr Xadimləri İttifaqının on sədri olub, hamısı da Xalq artisti. Onların işini davam etdirmək, əlbəttə ki, böyük məsuliyyətdir. Amma şərəfli bir işdir və mən də çalışacağam ki, Teatr Xadimləri İttifaqının gördüyü işlər Azərbaycan teatr sənətinin inkişafına xidmət etsin”, - o, "Azərtac"a açıqlamasında bildirib.

 

Qeyd edək ki, Hacı İsmayılov bu gün Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri seçilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri