Modern.az

Əliyev ilk dəfə Ali Avrasiya İqtisadi Şurasının iclasına qatılacaq - Peskov

Əliyev ilk dəfə Ali Avrasiya İqtisadi Şurasının iclasına qatılacaq - Peskov

25 May 2023, 12:40

Bu gün ilk dəfə olaraq Azərbaycan Prezidenti İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının iclasında qonaq qismində iştirak edəcək.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

 

"Bundan əlavə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Tacikistan Prezidenti Emoməli Rəhmon da iclasa videobağlantı vasitəsilə qoşulacaqlar”, - Peskov deyib.

 

Xatırladaq ki, Ali Avrasiya İqtisadi Şurası İqtisadi Birliyə üzv dövlətlərin başçılarının daxil olduğu Avrasiya İqtisadi İttifaqının ali orqanıdır. Aİİ üzvləri Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Ermənistandır.

Sizə yeni x var
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi