Modern.az

Priqojinin qiyamı Putini zəliflədib - Kansler

Priqojinin qiyamı Putini zəliflədib - Kansler

29 İyun 2023, 15:55

"Vaqner"in başlatdığı hərbi qiyam Rusiya Prezidenti Vladimir Putini zəiflədib.

 

Modern.az xəbər verir ki, bunu "ARD" televiziyasına müsahibəsində Almaniya kansleri Olaf Şolts deyib.

 

“Mən onun zəiflədiyinə inanıram, çünki bu, avtokratik güc strukturlarında çatların olduğunu və həmişə iddia etdiyi kimi sistemin möhkəm olmadığını göstərir”, - deyə Şolts bildirib.

 

O, eyni zamanda Priqojinin başlatdığı üsyanla Qərbin heç bir əlaqəsinin olmadığını da söyləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyevin ŞOK səs yazısı yayıldı - Görün nələr dedi?!