Modern.az

Azərbaycan xalqının ağrı-acısını səmimi-qəlbdən bölüşürəm - Kurtulmuş

Azərbaycan xalqının ağrı-acısını səmimi-qəlbdən bölüşürəm - Kurtulmuş

26 Fevral 2024, 14:32

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb.

 

Modern.az xəbər verir ki, parlamentin spikerinin sosial şəbəkələrdəki paylaşımında deyilir: “1992-ci il fevralın 26-da ermənilər tərəfindən Xocalıda qətlə yetirilmiş qardaş və bacılarımızın xatirəsini ehtiramla anıram. Qatillər uşaqlara, qadınlara və qocalara da aman verməyiblər. Azərbaycan xalqının ağrı-acısını səmimi-qəlbdən bölüşürəm”.

 

Numan Kurtulmuş vurğulayıb ki, dünya ictimaiyyətinin insanlığa qarşı cinayətlərə məhəl qoymamasına baxmayaraq, şəhidlərin xatirəsi əbədi yaşayacaq. TBMM-nin sədri əlavə edib: “Biz azərbaycanlı qardaşlarımızın xatirəsini daim yad edəcəyik”.

 

Türkiyə parlamentinin sədri öz paylaşımında Xocalı soyqırımını əks etdirən infoqrafika əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi