Modern.az

Dünyanın heç bir yerində seçkilər ideal keçə bilməz - MSK-nın sədr müavini

Dünyanın heç bir yerində seçkilər ideal keçə bilməz - MSK-nın sədr müavini

12 İyul 2024, 10:13

Seçkilərin ideal keçirilməsi ilə bağlı xəbər yalnız pafos ola bilər. 

 

Modern.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) namizədlərin qeydiyyatı prosesinə həsr olunan tədbirində sədr müavini Rövzət Qasımov bildirib.

 

“Dünyanın heç bir yerində seçkilər ideal keçə bilməz. Bu, sadəcə yalan ola bilər. Amma üzərimizə düşən vəzifələri doğru yerinə yetirməliyik. Bizim sizinlə əsas vəzifəmiz budur ki, seçki prosesi şəffaf keçsin və əvvəlki seçkilərdən öyrəndiklərimizi düzgün tətbiq edək”, - deyə o bildirib.
 

Qeyd edək ki, bu gün Milli Məclisə seçkilər zamanı deputatlığa namizədlərin qeydiyyatı prosesinə həsr olunan seminar keçirilir. 

Seminarda deputatlığa namizədlərin öz təşəbbüsü ilə və ya bilavasitə seçicilər tərəfindən irəli sürülmə qaydası, deputatlığa namizədlərin müdafiəsi üçün seçici imzalarının toplanması şərtləri və qaydası müzakirə edilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu