Modern.az

İcra başçısı deputatlığa namizəd oldu

İcra başçısı deputatlığa namizəd oldu

Ölkə

17 İyul 2024, 14:58

Hakim Yeni Azərbaycan Partiyası (YAP) sentyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısını açıqlayıb.

 

Modern.az xəbər verir ki, siyahıda Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun da adı var.

 

Onun namizədliyi 112 saylı Zaqatala seçki dairəsindən irəli sürülüb.

 

Qeyd edək ki, Asif Əsgərov 2000–2006-cı illərdə Gənclər, İdman və Turizm Nazirinin müavini, 2006–2009-cu illərdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı, 2009–2015-ci illərdə isə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. O, Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu