Modern.az

Fəzail İbrahimlinin namizəd olacağı dəqiqləşməyib

Fəzail İbrahimlinin namizəd olacağı dəqiqləşməyib

Parlament

10 İyul 2024, 11:42

2024-cü il sentyabr ayının 1-də Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.

Altıncı çağırış Milli Məclisdə təmsil olunmuş deputatlar arasında da yenidən namizədlik haqqında düşününlər az deyil.

Altıncı çağırış Milli Məclisin sədr müavini Fəzail İbrahimlinin seçkilərə yenidən qatılıb-qatılmayacağı dəqiqləşməyib:

Bunu Modern.az-a açıqlamasında onun özü bildirib.

"Vətəndaş Həmrəyliyi Partiyası parlament seçkilərində iştirak barədə qərar qəbul edib. Hər bir üzvümüzün partiyadan səlahiyyət alaraq, seçkidə iştirak etmək haqqı var. Hər bir şəxs namizədliyini irəli sürə bilər. Hansı dairədən şəxsin namizəd olacağı da müzakirə obyektidir. Müzakirələrdən sonra nəticələr elan olunacaq. Vətəndaş Həmrəyliyi Partiyası üzvlərinin hansı dairədən namizəd olacağı üzərində çalışır. Partiyanın neçə nəfər namizədlə hansı seçki dairələrində mübarizə aparacağı bu çalışmaların nəticəsində müəyyən olacaq. Mənim namizədliyim məsələsi də həmçinin".

Fəzail İbrahimli ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış (2000 – 2024) Məclisin üzvü olub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri