Modern.az

“Qarabağ” klubuna yeni prezident seçilib

“Qarabağ” klubuna yeni prezident seçilib

21 Sentyabr 2015, 14:13


“Qarabağ” klubunun rəhbərliyində dəyişiklik baş verib. Modern.az qol.az-a istinadən xəbər verir ki, uzun illər klubun vitse-prezidenti olmuş Tahir Gözəl bir müddət əvvəl “Qarabağ”ın prezidenti vəzifəsinə gətirilib.

Bundan əvvəlki prezident Abdulbari Gözəl isə “Qarabağ”ın fəxri prezidenti olub. Beləliklə, hazırda klubun rəhbərliyində Abdulbari Gözəl (fəxri prezident), Tahir Gözəl (prezident) Fevzihan Aras (vitse-prezident) və Əmrah Çelikel (direktor) təmsil olunur.

Qeyd edək ki, artıq klubun saytındakı rəhbərlik bölməsində də Tahir Gözəl “Qarabağ”ın prezidenti kimi göstərilib.

Tahir Gözəl Azersun Holdinq” Şirkətlər Qrupunun prezidenti Abdulbari Gözəlin oğludur.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?