Modern.az

Rusiyanın Xankəndiyə çatdırdığı yük bu məhsullardan ibarətdir - SİYAHI

Rusiyanın Xankəndiyə çatdırdığı yük bu məhsullardan ibarətdir - SİYAHI

Reportaj

12 Sentyabr 2023, 13:00

Bu gün – sentyabrın 12-də Rusiya Qırmızı Xaç Cəmiyyəti tərəfindən göndərilən humanitar yük Ağdam-Xankəndi yolu ilə Qarabağa aparılıb.

Qarabağda yaşayan ermənilər üçün ərzaq və qeyri-ərzaq məhsulları yüklənmiş TIR Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postundan keçəndan bir müddət sonra ünvana çatıb.

Modern.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, Xankəndiyə çatdırılan yük artıq müvafiq anbara boşaldılıb.


Bu arada Xankəndiyə çatdırlan yükün nələrdən ibarət olduğu da açıqlanıb.
 

Aşağıda Rusiya Qırmızı Xaç Cəmiyyəti tərəfindən göndərilən maşındakı yükə daxil olan məhsulların siyahısı verilib:
 

- yemək dəstləri - 1000 ədəd: bir dəstə daxildir: günəbaxan yağı 0,9 l. (1 əd.), şəkər tozu 1 kq (1 əd.), buğda unu 2 kq (1 ədəd), makaron 500 q. (3 ədəd), qarabaşaq yarması 1 kq (1 əd.), darı 1 kq (1 ədəd), manna yarması 1 kq (1 ədəd) , yulaf 0,5 kq (1 əd.), bişmiş ət konservi 0,5 kq (5 ədəd).


- yataq dəsti - 270 dəst: bir dəstə daxildir: yataq dəsti - 1 əd., yastıq - 1 əd., ədyal - 1 əd.

- gigiyenik paket - 200 dəst: bir dəst daxildir: diş fırçaları - 3 əd., sabun - 10 əd., termometr - 1 əd.

- uşaq dəstləri - 192 ədəd: bir dəstə daxildir: uşaq kiseli - 1 əd., vitaminlər - 3 əd., diş fırçası - 1 əd., uşaq püresi - 1 qutu, balıq yağı (kapsulalarda) - 1 əd., uşaq pudrası - 1 əd.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada şok-Çağırışçılar ordudan qaçır