Modern.az

Mənsimovdan "Xəzər Lənkəran" açıqlaması

Mənsimovdan "Xəzər Lənkəran" açıqlaması

Aktual

13 İyul 2018, 22:40

“Xəzər Lənkəran” bir brenddir. O, hər zaman yaşayacaq. Bu klubun var olmasına şəxsən mən nəzarət edəcəm”. Modern.az Axar.az-a istinadən xəbər verir ki, bunu "Palmali" şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov bildirib.

 

"Əvvəlki illərdə olduğu kimi, “Xəzər Lənkəran” Azərbaycanın cənub bölgəsində futbolun yaşaması, həmçinin burda futbolçuların yetişdirilməsi istiqamətində fəaliyyət göstərəcək. Bütün “ağ-yaşıl” fanatlarına uğurlar arzulayıram", - M. Mənsimov qeyd edib.

 

Xatırladaq ki, 2004-cü ildə yaradılan klub 2016-cı ildə fəaliyyətini dayandırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı