Modern.az

Prezidentin işdən çıxardığı icra başçısına yüksək vəzifə verildi

Prezidentin işdən çıxardığı icra başçısına yüksək vəzifə verildi

Aktual

5 Oktyabr 2021, 17:40

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad olunan Gədəbəyin icra başçısı İbrahim Mustafayevə vəzifə verilib.

 

Modern.az virtualaz.org-a istinadən xəbər verir ki, o, Prezident Administrasiyasının Ərazi idarəetmə orqanları ilə iş üzrə şöbəsinin rəhbərinin müavini təyin olunub.

 

Həmin şöbəyə Prezidentin köməkçisi Zeynal Nağdəliyev başçılıq edir.

 

 

Xatırladaq ki, İ. Mustafayev 2018-ci ildən Gədəbəyin icra başçısı idi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı