Modern.az

Nazir erməniyə qalib gələn idmançı ilə GÖRÜŞDÜ

Nazir erməniyə qalib gələn idmançı ilə GÖRÜŞDÜ

Aktual

23 Dekabr 2021, 21:16

Gənclər və idman naziri Fərid Qayıbov bu yaxınlarda Türkiyənin İstanbul şəhərində keçirilmiş, MMA döyüşü üzrə Yusif Fight Championship turnirində uğurla çıxış etmiş Gözəl Zutovanı və məşqçisi Yusif Əliyevi qəbul edib.

 

Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Qabil Mehdiyevin Modern.az-a verdiyi məlumata görə, idmançını növbəti qələbəsi münasibətilə təbrik edən nazir ona qarşıdakı yarışlarda da uğurlar arzulayıb.

 

Qeyd edək ki, Zutova sözügedən turnirdə Ermənistan təmsilçisi Nare Narqarosyana 10 saniyəyə qalib gəlmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı