Modern.az

"Omicron"nun ev şəraitində müalicəsi mümkündür

Aktual

24 Dekabr 2021, 08:48

Koronavirusun "Omicron" ştamı ilə yoluxma halında "Delta"dan fərqli olaraq ev şəraitində müalicə mümkündür.

 

Modern.az-ın məlumatına görə, bu barədə Britaniya mediası hökumətin ilk belə araşdırmasına istinadən xəbər verir.

 

Məlumatlara görə, yoluxmuş "Omicron"un xəstəxanaya getmə riski "Delta" ilə müqayisədə 50-70% azdır.

 

Sağlamlıq Təhlükəsizliyi Agentliyinin direktoru Cenni Harris deyib ki, yeni ştamla yoluxanların adi qaydada müalicəsi onun az təhlükəli olmasını şərtləndirir.

 

Xatırladaq ki, indiyədək dünyanın 100-ə yaxın dövlətində koronavirus infeksiyasının “Omicron” ştamı aşkarlanıb. O cümlədən Azərbaycana qonşu olan Türkiyə, Gürcüstan, İran və Rusiyada da yeni ştama yoluxma halları qeydə alınıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı