Modern.az

Üç ölkənin nazirləri Zəngəzur dəhlizini müzakirə edib

Üç ölkənin nazirləri Zəngəzur dəhlizini müzakirə edib

Aktual

27 İyun 2022, 11:20

Bu gün Bakı şəhərində üç qardaş ölkənin xarici işlər və nəqliyyat üzrə məsul nazirlərinin görüşünü yüksək qiymətləndiririk.


Modern.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Türkiyə-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin ilk üçtərəfli görüşünə dair mətbuat konfransında deyib. Onun sözlərinə görə, görüşdə Zəngəzur dəhlizi də müzakirə olunub.

 

"Ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələr var. Amma ilk dəfə olaraq üç ölkə arasında nəqliyyat sahəsi üzrə fikir mübadiləsi aparıldı. Yük daşımalarına diqqət yetirdik. Boğazların genişləndirilməsi və digər nəqliyyat sahəsində yeni imkanlar nəzərdən keçirildi. Türk Dövlətləri Təşkilatı və digər mövqelərdə birgə çıxış diqqətə çatdırıldı. Azərbaycan tərəfi olaraq Şərqi Zəngəzurda aparılan quruculuq işləri, Zəngəzur dəhlizinin əhəmiyyətini vurğuladıq. Bu məsələ onlar tərəfindən müsbət qiymətləndirildi", - deyə XİN başçısı vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı