Modern.az

Putinlə Makronun qalmaqallı söhbətinə Lavrovdan REAKSİYA

Putinlə Makronun qalmaqallı söhbətinə Lavrovdan REAKSİYA

Aktual

6 İyul 2022, 11:48

“Rusiya həmişə danışıqları elə aparır ki, sonra mövqeyindən utanmasın”.

 

Modern.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya və Fransa prezidentləri Vladimir Putinlə Emmanuel Makron arasında konfidensial danışıqların Fransa tərəfindən mediada dərc olunmasını şərh edərkən deyib.

 

"Prinsipcə, biz elə danışıqlar aparırıq ki, heç vaxt utanmayaq. Biz həmişə düşündüklərimizi deyirik, bu sözlərə görə cavab verməyə və mövqeyimizi izah etməyə hazırıq”, - Lavrov bildirib.

 

Qeydə edək ki, bu yaxınlarda “France 2” telekanalı Yelisey sarayı ilə bağlı sənədli film nümayiş etdirib. Burada Makronun fevralın 20-də Putinlə söhbəti də yer alıb. Filmin nümayişinə bir neçə gün qalmış Le Temps prezidentlərin danışıqları dərc edib. Zəng zamanı Putin Ukrayna prezidenti Volodimir Zelenskini Minsk razılaşmalarını yerinə yetirməyə hazırlaşdığı barədə yalan danışmaqda ittiham edib. Makron isə Putindən Ukrayna ilə sərhəd yaxınlığındakı qoşunlarını “sakitləşdirməyi” istəyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı