Modern.az

Hacıqabuldan qardaş ölkəyə yardım - FOTOLAR

Hacıqabuldan qardaş ölkəyə yardım - FOTOLAR

Aktual

13 Fevral 2023, 17:26

Hacıqabul rayonundan Türkiyə Cümhuriyyətində baş vermiş zəlzələdən zərərçəkən qardaşlarımıza kömək məqsədilə yardım yola salınıb.

 

Hacıqabul rayon İcra Hakimiyyəti tərəfindən fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərərçəkmiş və yardıma ehtiyacı olan şəxslər üçün alınmış yardımların yolasalınma mərasimi keçirilib. 

 

Modern.az xəbər verir ki, Türkiyəyə zəlzələdən əziyyət çəkən qardaşlarımıza kömək məqsədilə generatorlar, elektrik qızdırıcıları, yumşaq yataq və yorğan dəstləri eləcə də bir neçə adda tibbi ləvazimatlar göndərilib.

 

Hacıqabul rayon sakinləri Türkiyədə baş vermiş fəlakətdən dərin kədərləndiyini bildirir, zəlzələdən zərərçəkən qardaşlarımıza səbr, dünyadan köçənlərə rəhmət diləyirlər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı