Modern.az

Prezident təqaüdçüsü olan ağdamlı bacılar: “Biz həm də tələbə yoldaşıyıq”

Prezident təqaüdçüsü olan ağdamlı bacılar: “Biz həm də tələbə yoldaşıyıq”

Təhsil

3 Oktyabr 2022, 15:34

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 2022/2023-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

 

Sərəncama əsasən, 2022/2023-cü tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verilir.

 

Modern.az bildirir ki, bu il Prezident təqaüdünə layiq görülən gənclərdən ikisi bacıdır. Həmidə və Nəzrin Sadıqova bacıları Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində təhsil alırlar.

 

Ölkə başçısının sərəncamı ilə bağlı təəssüratlarını Modern.az-la bölüşən Həmidə Sadıqova deyib:

 

“Prezident təqaüdünə layiq görüldüyüm üçün sevincliyəm. Məlumatı alanda ilk olaraq sevinc və qürur hissi yaşadım. Mən qəbul imtahanında 660.2 bal toplamışam. Hüquq fakültəsində təhsilimi davam etdirirəm. Bu, ən böyük arzum idi. Bakı Dövlət Universitetində oxumaq qürurvericidir. Gələcəyə ümidlə baxıram”.

 

Nəzrin Sadıqova da sevincli olduğunu söyləyib:

 

“Mən 660.9 bal toplayaraq əvvəldən bəri oxumaq istədiyim Hüquq fakültəsinə qəbul olmuşam. Bacımla birlikdə eyni universitetə qəbul olmağı arzulayırdım. Arzularımıza çatdıq. Biz həm bacı, həm də tələbə yoldaşıyıq. Digər yandan valideynlərimizin əziyyəti yerdə qalmadı. Əgər bir daha imtahan versəydim, yenə bu ixtisası seçərdim”.

 

Əslən Azərbaycanın Ağdam rayonundan olan bacılar Bakıda yerləşən T.İsmayılov adına 6 saylı orta məktəb liseyi qızıl medalla bitiriblər. Onlar gələcəkdə doğma Qarabağ bölgəsində hüquqşünas kimi fəaliyyət göstərməyi arzuladıqlarını söyləyiblər.

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü