Modern.az

Magistraturaya ixtisas seçimi nə vaxt başlayacaq? - Rəsmi CAVAB

Magistraturaya ixtisas seçimi nə vaxt başlayacaq? - Rəsmi CAVAB

Təhsil

13 İyun 2024, 23:45

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına aprelin 28-də keçirilən qəbul imtahanının (II cəhd) yekun nəticələrini mayın 17-də elan edib.

 

Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar.

 

Bəs ixtisas seçimi nə vaxt başlayacaq?

 

DİM-dən Modern.az-a bildirilib ki, ixtisas seçimi iyunun 21-i başlayacaq.

 

Seçim prosesi iyunun 30-dək davam edəcək. Qurum proses barədə növbəti həftə ətraflı məlumat veriləcəyini qeyd edib.

 

Qeyd edək ki, ixtisaslaşma seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə tənzimlənir, həmin cədvəl “Magistr” jurnalında dərc edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dünyaya səs salan Qarabağ və Zəngəzur mədəniyyəti