Azərbaycan əhalisinin sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, 2018-ci ilin yanvar-may aylarında əhalinin sayı 31428 nəfər artıb.
Bununla da 2018-ci il iyun ayının 1-i vəziyyətinə əhalinin sayı 9 milyon 929 min 500 nəfərə çatıb.