Modern.az

Lənkəranda iki nəfər dənizdə batdı

Lənkəranda iki nəfər dənizdə batdı

Aktual

13 İyul 2018, 21:51

Lənkəranda iki nəfər dənizdə çimərkən batıb. Modern.az APA-ya istinadən xəbər verir ki, onlardan birinin meyiti sudan çıxarılsa da, digərinin axtarışları davam edir.

 

Hadisə rayon ərazisində qeydə alınıb. Dənizdə boğulanlardan biri - rayon sakini, 1995-ci il təvəllüdlü Şəmsəddin Rahim oğlu Aslanovun meyiti FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

 

Dənizdə batan digər rayon sakini, Ruhid Əzizağa oğlu Babazadənin axtarışları isə davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı