Modern.az

Sabah temperatur 4-6 dərəcə enəcək

Sabah temperatur 4-6 dərəcə enəcək

Aktual

24 Avqust 2021, 15:47

Avqustun 25-də bəzi rayonlarda hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda intensiv olacağı, dolu düşəcəyi ehtimalı var .

 

ETSN-dən Modern.az-a verilən məlumata görə, qərb küləyi arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6° aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

 

Avqustun 25-i axşama doğru yağıntının tədricən kəsiləcəyi, 26-27-sı əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı