Modern.az

Britaniyada yoluxma ilk dəfə yüz mini ötdü

Britaniyada yoluxma ilk dəfə yüz mini ötdü

Aktual

23 Dekabr 2021, 20:49

Bu gün Böyük Britaniyada COVID-19-a rekord sayda - 106,1 min yoluxma qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə BBC telekanalı məlumat yayıb.

 

Ölkədə pandemiyanın başlanğıcından bəri ilk dəfə sutkada yoluxma hallarının sayı 100 min nəfəri ötür. Yoluxma sayı COVID-19-un “Omicron” ştammının yüksək yoluxuculuğu ilə bağlı narahatlıqları artırır. 

 

Baş nazir Boris Conson artıq bildirib ki, hökumət Miladdan əvvəl yeni məhdudiyyətlər tətbiq etmək niyyətində olmasalar da, onların sonradan tətbiqini istisna etmirlər.

 

Eyni zamanda, London Kral Kollecinin və digər tədqiqat təşkilatlarının çərşənbə günü dərc etdikləri araşdırmada qeyd olunur ki, “Omicron” ilə xəstəxanaya yerləşdirilənlərin sayı “Delta” ilə müqayisədə 40% azdır.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı