Modern.az

Kreml defolt iddialarını yalanladı

Kreml defolt iddialarını yalanladı

Aktual

27 İyun 2022, 14:45

Rusiya xarici borc öhdəlikləri ilə bağlı iddiaları qəbul etmir.

 

Modern.az xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.

 

"Rusiya hakimiyyəti iddiaları yalanlayır. Biz bununla bağlı mövqeyimizi aydın şəkildə bildirmişik. Bu, sadəcə Qərbin uydurduğu yalandır. Rusiya tərəfindən defolt olmayıb. İddialar da tamamilə əsassızdır, çünki xarici valyutada lazımi ödəniş may ayında həyata keçirilib”, - deyə Kreml rəsmisi bildirib.

 

Xatırladaq ki, “Bloomberg” agentliyinin yaydığı məlumata görə, Rusiya 1918-ci ildən bu günə kimi ilk dəfə suveren valyuta borcunu ödəməkdən imtina edib. İddia olunub ki, iyunun 27-nə keçən gecə dövlət istiqrazları üzrə vaxtı keçmiş 100 milyon ABŞ dollarına yaxın ödənişin ödənilməsi üçün güzəşt müddəti başa çatıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı