Modern.az

Azərbaycanla əlaqələrimiz yeni mərhələyə keçib - Cahid Bağçı

Azərbaycanla əlaqələrimiz yeni mərhələyə keçib - Cahid Bağçı

Aktual

7 İyul 2022, 15:18

Türkiyə və Azərbaycan arasında əlaqələr postmünaqişə dövründə yeni mərhələyə keçib. Artıq iki ölkənin xarici siyasəti qlobal təhdidə cavab olaraq irəliləyir.


Modern.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı "Diplomatiya Həftəsi"nin açılışında bildirib.


"Bu gün qlobal təhdidlər gündəmdədir. Hazırda Rusiyanın Ukraynaya hücumu, Krımın ilhaqı və digər qlobal təhdidlər dünya ölkələrinə təsir edir. İsveç və Finlandiyanın tələskənliklə NATO-ya üzv olma istəyini görürük. Bu da təhlükəsizlik baxımından ölkələrin təhdidlə üzləşməsindən xəbər verir.

 

Bundan sonra dünyada təhlükəsizlik, qida, qaz ən böyük problemlərdən biri olacaq. Bu da iki ölkə arasında münaqişənin bitməsindən asılıdır. Gələn il bu problemlərin dünyaya necə təsir edəcəyi sual altındadır", - deyə türkiyəli diplomat vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı