Modern.az

Şuşa Bəyannaməsi ən böyük uğurumuzdur – Türkiyə səfiri 

Şuşa Bəyannaməsi ən böyük uğurumuzdur – Türkiyə səfiri 

Aktual

7 İyul 2022, 15:54

Qarabağın işğaldan azad edilməsi Azərbaycan və Türkiyə üçün vacib məsələ idi.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı "Diplomatiya Həftəsi"nin açılışında bildirib.

 

Diplomat vurğulayıb ki, 30 il ərzində həm Azərbaycan, həm də Türkiyə güclənib: "Azərbaycan təkcə neft sahəsində deyil, həm də qeyri-neft sahəsində güclənib. Türkiyə isə özünü müdafiə etmək gücünə sahib olan ölkədir. Hazırda bizim ən böyük uğurumuz Şuşa Bəyannaməsidir. Bəyannamə bizim birlikdə güclənməyimizin simvoludur".

 

Türkiyə səfiri vurğulayıb ki, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması bölgəyə çox böyük faydalar verəcək.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı