Modern.az

II Qaregin Ter-Petrosyanla görüşdü - Dindarların təzyiqinə məruz qaldı

II Qaregin Ter-Petrosyanla görüşdü - Dindarların təzyiqinə məruz qaldı

Qərbi Azərbaycan

30 Sentyabr 2022, 16:04

Erməni Telegram kanallarının məlumatına görə, bütün ermənilərin katolikosu II Qaregin bu gün Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla görüşüb.


Modern.az xəbər verir ki, təfərrüatlar barədə məlumat açıqlanmasa da, Ermənistandakı vəziyət və ölkənin eks-prezidentlərinin növbəti görüşünə hazırlığın müzakirə olunduğu qeyd edilir.


“Bir tərəfdən sabiq prezidentlərin növbəti görüş hazırlanır, digər tərəfdən də katalikos onlarla ayrı-ayrılıqda təmasa keçir. II Qareginin baş nazir Nikol Paşinyanla da danışdığı və ya görüşdüyü haqda xəbərlər yayılır”, - deyə “Hraparak” qəzeti yazıb.


Xəbərlərə görə, II Qaregin bu məsələdəki roluna görə, yüksək rütbəli din xadimlərinin təzyiqi ilə qarşılaşıb. Bildirilir ki, buna səbəb ötən görüşdən sonra birinci prezident Levon Ter-Petrosyanın İctimai Televiziyanın efirində səsləndirdiyi fikirlərdir. Guya, Ter-Petrosyanın “Ermənistan artıq kapituliyasiya edib, İrəvan Qarabağda səs hüququnu itirib” kimi fikirləri, həmçinin eks-prezidentləri baş nazir Paşinyanın qəbul edəcəyi qərarlara hörmət etməyə çağırması, Azərbaycan və Türkiyə ilə sülh müqaviləsi bağlamaqdan başqa yol qalmadığını söyləməsi müxalifyönlü dindarları qəzəbləndirib.


Xatırladaq ki, erməni katalikos eks-prezidentləri ötən həftə görüşdürmüşdü. Həmin görüşdə Ermənistanın düşyüdü ağır hərbi-siyasi vəziyyət müzakirə olunmuşdu. Daha sonra ayrı-ayrılıqda mətbuata geniş açıqlamalar verən sabiq prezidentlər Ermənistan cəmiyyətində böyük səs-küy yaratmışdılar.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!