Modern.az

Quba rayonunda Alma bayramı keçiriləcək

Quba rayonunda Alma bayramı keçiriləcək

Mədəni̇yyət

30 Sentyabr 2016, 15:06

Quba rayonunda artıq 2012-ci ildən etibarən Alma bayramı keçirilir. Bu bayramın keçirilməsində məqsəd rayon ərazisində yetişdirlən ekoloji cəhətdən sağlam meyvələrin, kənd təsərrüfatı məhsullarının geniş kütlələr qarşısında nümayiş olunması, bu məhsulların böyük bazarlarda satışının təşkili, eyni zamanda da kənd təsərrüfatı sahəsində kiçik və orta sahibkarlığın inkişafına dəstək verməkdir.


Modern.az xəbər verir ki, bu il Alma bayramı oktyabr ayının 8-də keçiriləcək. Budəfəki bayramın digər bayramlardan fərqli olaraq regional şəkildə keçirilməsi nəzərdə tutulub. Belə ki, şimal zonasında yerləşən qonşu rayonlar da Quba rayonunda keçirələcək IV Alma bayramında iştirak edəcək, bu rayonlarda yetişdirilən meyvə-tərəvəzləri, hər rayonun özünəməxsus istehsal sahələrinin ərzaqları və digər məhsulların nümayişi təşkil olunacaq.

Təşkilatçılar bildirilər ki, oktyabrın 8-də keçiriləcək Alma bayramında hər il olduğu kimi şimal zonasında , xüsusilə də Quba rayonunda yaşayan azsaylı xalqların adət -ənənələri, mədəniyyətləri nümayişi təşkil olunacaq.


Bundan başqa rayonun bütün kəndləri, rayon ərazisində fəaliyyət göstərən şirkətlər, sahibkarlıq və istehsal müəssisələri bayram tədbirində geniş şəkildə iştirak edəcək, rayonda turizm sahəsindəki yeniliklər, turizm obyektləri və istirahət guşələri haqqında geniş məlumat proqramları da tədbir iştirakçılarına təqdim ediləcək.


Hazırda rayonda IV Alma bayramına hazırlıq işləri davam edir. IV hissədən ibarət təşkil olunacaq tədbirdə parad, kənd təsərrüfatı sərgisi, müxtəlif alma növlərinin, milli və müxtəlif yeməklərin , şirniyyatlar çeşidlərinin nümayışı nəzərdə tutulub.


Modern.az

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir