Modern.az

Rusiyadan Türkiyə ilə bağlı mühüm QƏRAR

Rusiyadan Türkiyə ilə bağlı mühüm QƏRAR

7 Avqust 2022, 00:27

Rusiya hökuməti Türkiyə ilə ticari-iqtisadi əməkdaşlığın inkişafına dair qarşılıqlı anlaşma memorandumunun imzalanmasını təsdiqləyib.

 

Modern.az xəbər verir ki, sənəd normativ hüquqi aktlar layihələri portalında yerləşdirilib.

 

Sənədə əsasən, Rusiya İqtisadi İnkişaf Nazirliyi, XİN və digər qurumlarla, eləcə də Türkiyə tərəfi ilə razılaşdırılmış memorandumun imzalanması təklifi qəbul edilib.

 

Hökumət memorandumu imzalamağı, həmçinin sənədə lazım gələrsə, düzəlişlər etməyi Baş nazirin müavini Aleksey Novaka həvalə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi