Diasporumuz AYAQDA: şəhidlərimiz dünyada anıldı

Diasporumuz AYAQDA: şəhidlərimiz dünyada anıldı

Diaspor

2 Oktyabr 2022, 10:34

27 sentyabr - Vətən Müharibəsi şəhidlərinin Anım Günü ilə bağlı dünyanın müxtəlif ölkələrində tədbirlər keçirilib.

 

Modern.az xəbər verir ki, bütün dünya azərbaycanlılarının ayaqda olduğu bu günlərdə ölkəmizdə və dünyanın bir çox yerlərində torpaqlarımızı işğaldan azad edən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin koordinatorluğu ilə dünyanın əksər ölkəsində keçirilən tədbirlərdə yüzlərlə azərbaycanlı ölkəmiz barədə həqiqətləri, Ermənistanın təcavüzkar siyasəti, bunun nəticəsində Azərbaycana dəyən maddi-mənəvi ziyan haqqında məlumatları dünya ictimaiyyətinə çatdırıblar.

 

Anım günü ilə əlaqədar tədbirlər ötən gün Rusiya, İspaniya və Meksikada da davam etdirilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
"Tərtər işi" ilə bağlı şok faktlar üzə çıxdı: Ölənlər günahsız imiş