Modern.az

Azərbaycan, Türkiyə və Qazaxıstan nazirləri görüşəcək 

Azərbaycan, Türkiyə və Qazaxıstan nazirləri görüşəcək 

Aktual

24 Noyabr 2022, 19:58

Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin növbəti üçtərəfli görüşü keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Görüşün sabah Qazaxıstanın Aktau şəhərində keçiriləcəyi bildirilir.

 

Görüş üç ölkəni maraqlandıran məsələlər üzrə mövcud koordinasiyanı gücləndirmək və qarşılıqlı fayda əsasında regional əlaqələri genişləndirmək məqsədi daşıyır.

 

İclasda Bakı Bəyannaməsinə uyğun olaraq, Türkiyə, Azərbaycan və Qazaxıstan torpaqlarından keçən Orta Dəhliz Marşrutunun inkişafı və istismarına dair “2022-2027-ci illər Yol Xəritəsi”nin imzalanması planlaşdırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok