Modern.az

Yaponiya və İspaniya 1/8 finalda - YENİLƏNİB 

Yaponiya və İspaniya 1/8 finalda - YENİLƏNİB 

Aktual

2 Dekabr 2022, 00:58

Yaponiya və İspaniya yığmaları dünya çempionatında 1/8 finala vəsiqə qazanıb.

 

Modern.az xəbər verir ki, hər iki komanda E qrupunun son turunda üz-üzə gəlib.

 

Qarşılaşma Yaponiyanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Bu nəticədən sonra Asiya təmsilçisi 6 xalla qrup lideri olublar. 4 xalı olan Avropa komandası isə 2-ci yerin sahibi kimi pley-offa adlayıb.

 

Qeyd edək ki, 1/8 finalda Yaponiya Xorvatiya ilə, İspaniya isə Mərakeşlə qarşılaşacaq.

 

***

00:20

 

Dünya çempionatında Yaponiya və İspaniya yığmaları arasında E qrupunun III tur oyununda 3-cü qol vurulub.

 

Modern.az xəbər verir ki, 53-cü dəqiqədə Ao Tanaka Asiya təmsilçisini önə keçirib - 2:1.

 

***

00:06

Qətərdə keçirilən dünya çempionatında Yaponiya və İspaniya yığmaları arasında E qrupunun III tur oyununda hesab bərabərləşib.

 

Modern.az xəbər verir ki, Asiya təmsilçisi 48-ci dəqiqədə Ritsu Doanın vurduğu qolla tarazlığı bərpa edib - 1:1.

 

***

23:18

Dünya çempionatında Yaponiya və İspaniya yığmaları arasında E qrupunun III tur oyununda ilk qol vurulub.

 

Modern.az xəbər verir ki, 12-ci dəqiqədə Avropa təmsilçisindən Alvaro Morata hesabı açıb.

 

***

23:05

Dünya çempionatında Yaponiya və İspaniya yığmaları arasında E qrupunun III tur oyunu başlayıb.

 

Modern.az xəbər verir ki , qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

 

Yaponiya və İspaniya yığmalarının start heyətləri aşağıdakı kimidir:

 

Yaponiya: Şuiçi Qonda (q), Yuto Naqatomo, Maya Yoşida (k), Ko İtakura, Daiçi Kamada, Syoqo Taniquti, Ao Tanaka, Hidamesa Morita, Dzünyo İto, Daydzen Maeda, Takefuso Kubo

 

İspaniya: Unay Simon, Sesar Asplikueta, Rodri, Alexandro Balde, Pau Torres, Qavi, Serxio Busgets, Pedri, Dani Olmo, Alvaro Morata, Niko Uilyams

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi