Modern.az

Putin Azərbaycanla bağlı sənədi TƏSDİQLƏDİ

Putin Azərbaycanla bağlı sənədi TƏSDİQLƏDİ

18 Mart 2023, 16:08

Rusiya prezidenti Vladimir Putin Rusiya ilə Azərbaycan arasında pensiya təminatı sahəsində əməkdaşlığı nəzərdə tutan sazişin ratifikasiya edilməsini təsdiqləyib.

 

Modern.az xəbər verir ki, sənəd Rusiyanın rəsmi sənədlər internet portalında dərc olunub.

 

Müqavilə 2022-ci il aprelin 26-da Bakıda imzalanıb. Tərəflər Rusiya və Azərbaycanın ərazilərində əldə edilmiş pensiya hüquqlarının sığorta təminatının təmin edilməsinə görə maliyyə məsuliyyətinin bölüşdürülməsi barədə razılığa gəliblər.

 

Sənəd bütün sığorta və sosial pensiya növlərinə şamil edilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir