Modern.az

Azərbaycan diplomatlarının uğurlarının davamlı olmasını arzulayırıq - TDT

Azərbaycan diplomatlarının uğurlarının davamlı olmasını arzulayırıq - TDT

Aktual

9 İyul 2023, 15:22

Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyini və diplomatik nümayəndəliklərin bütün xidmət əməkdaşlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib.

 

Modern.az xəbər verir ki, bu barədə TDT-nin tviter hesabında paylaşım edilib.

 

“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və diplomatik nümayəndəliklərin bütün diplomatik xidmət əməkdaşlarını səmimi qəlbdən təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq”, - beynəlxalq təşkilatın bayram təbrikində deyilir.

 

Qeyd edək ki, 9 iyul - diplomatik xidmət orqanlarının əməkdaşlarının peşə bayramı günüdür. Xarici İşlər Nazirliyinin yaradılmasından 104 il ötür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Qarabağ və Zəngəzur möcüzəsi-Görün nələr var?