Modern.az

“Jermuk” suyunun Rusiyaya idxalına qadağa qoyuldu

“Jermuk” suyunun Rusiyaya idxalına qadağa qoyuldu

Aktual

13 Fevral 2024, 15:46

Rusiya istehlakçıların hüquqlarının müdafiəsi və insan rifahı sahəsinə nəzarət üzrə federal xidməti (“Rospotrebnadzor”) Ermənistanda istehsal olunan “Jermuk” suyunun idxalının dayandırılması barədə qərar qəbul edib.

 

Modern.az xəbər verir ki, “Jermuk” suyundan içən Vladiqafqaz şəhər sakininin qida borusunda və mədəsində problem yaranıb. Məlum olub ki, şüşəyə su əvəzinə, sirkə doldurulub.

 

Araşdırmalar bitənədək Ermənistandan “Jermuk” suyunun idxalına və Rusiya ərazisində satışına qadağa qoyulub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri