Modern.az

Pakistanda İran Prezidentinin ölümü ilə əlaqədar matəm elan edildi

Pakistanda İran Prezidentinin ölümü ilə əlaqədar matəm elan edildi

20 May 2024, 10:42

İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən rəsmi şəxslərin helikopter qəzası nəticəsində həlak olması ilə əlaqədar Pakistanda birgünlük matəm elan edilib.

 

Modern.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şerif hadisə ilə bağlı İran rəhbərliyinə və xalqına verdiyi başsağlığında bildirib.

 

Baş nazir qeyd edib ki, Prezident və onun tərəfdaşlarına hörmət əlaməti olaraq qardaş İranla həmrəylik nümayiş etdirmək üçün Pakistanda ictimai matəm keçiriləcək, ölkənin bayrağı yarıya qədər endiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri