Modern.az

Ötən gün 1 tapança və 6 tüfəng təhvil götürülüb

Ötən gün 1 tapança və 6 tüfəng təhvil götürülüb

Aktual

13 İyun 2024, 11:22

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iyunun 12-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 6 tüfəng, 1 patron darağı və 116 müxtəlif çaplı patron təhvil götürüblər.

 

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi sahəsində tədbirlər davam edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?