Modern.az

 Emin Əmrullayevdən videomüraciət

 Emin Əmrullayevdən videomüraciət

Aktual

18 İyun 2024, 11:15

UNESCO-nun Baş Qərargahında “Dayanıqlı İnkişaf Məqsədi 4-ə doğru irəliləyişin sürətləndirilməsi: transformativ təhsilin nəticələri” adlı iclas keçirilib.

 

Elm və Təhsil Nazirliyindən Modern.az-a verilən xəbərə görə, iclasda üzv dövlətlərin təhsil, maliyyə və ətraf mühit nazirləri iştirak ediblər.

 

İclasda elm və təhsil naziri Emin Əmrullayevin iştirakçılara videomüraciəti yayımlanıb. Müraciətdə sosial-iqtisadi inkişafla bağlı prioritetlərdən bəhs olunub, eləcə də COP29 çərçivəsində ölkəmizdə təhsil sahəsində planlaşdırılan bir sıra tədbirlər barədə məlumat verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Azyaşlıya qarşı əxlaqsızlıq edən hacı Salmanın videosu yayıldı