Modern.az

Hakim partiya daha bir deputatı siyahıdan kənarda saxladı

Hakim partiya daha bir deputatı siyahıdan kənarda saxladı

Aktual

17 İyul 2024, 14:32

Hakim Yeni Azərbaycan Partiyası (YAP) altıncı çağırış Milli Məclisdəki təmsilçilərindən daha birinin namizdəliyi irəli sürülməyib.

Modern.az xəbər verir ki, 121 saylı Laçın seçki dairəsini beşinci və altıncı çağırış Milli Məclisdə təmsil edən Mahir Abbaszadə YAP-ın yeni siyahısından kənarda qalıb.

Belə ki, YAP-ın bu gün açıqladığı siyahıda 121 saylı Laçın seçki dairəsindən Rövşən Şahbaz oğlu Muradovun namizədliyi irəli sürülüb.

Qetd edək ki, Mahir Abbaszadə Yeni Azərbaycan Partiyasının üzvüdür. O, həm də 2018-ci ildən Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktorudur.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu