Modern.az

Deputat YAP-ın siyahısından danışdı: “Namizədliyi irəli sürülən şəxslər...”

Deputat YAP-ın siyahısından danışdı: “Namizədliyi irəli sürülən şəxslər...”

17 İyul 2024, 16:26

Xəbər verdiyimiz kimi, hakim Yeni Azərbaycan Partiyası sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində mübarizə aparacaq namizədlərin siyahısını açıqlayıb. İqtidar partiyasının seçki marafonuna qoşulacaq namizədlərinin siyahısı maraqla qarşılanıb və müzakirələrə səbəb olub. 

Modern.az xəbər verir ki, YAP-ın 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizədi, Milli Məclisin hazırkı üzvü Ceyhun Məmmədov partiyanın qərarını Yenisabah.az-a şərh edib:

“Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyası uzun müddətdir ki, bu siyahıların üzərində işləyirdi. YAP Cənubi Qafqazın ən böyük partiyalarından biridir. Eyni zamanda ən mütəşəkkil siyasi quruluşdur. Təbii ki, burada olan hər bir şəxs də çox ciddi formada araşdırılaraq, namizədlikləri irəli sürülüb. Bu namizədlərin hər biri xüsusi həssaslıqla seçilib. Bu səbəbdən onların qalib olması şübhəsizdir. Çünki onlar Azərbaycan xalqına qələbəni bəxş edən Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və cənab prezidentin bu gün rəhbərlik etdiyi partiyanın nümayəndələridirlər. Bu mənada qələbə şübhəsizdir. Əsas hədəf Azərbaycanı daha da gücləndirmək, qələbəmizi möhkəmləndirmək, ölkəmizin sürətli inkişafına nail olmaqdır. Biz əminik ki, Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan bütün sahələrin inkişafına nail olduğu kimi, növbəti illərdə də bu inkişaf davam edəcək, biz öz qələbəmizi davam etdirəcəyik. Yeni Azərbaycan Partiyasının namizədliklərini irəli sürdüyü şəxslər də öz qələbələrini birmənalı olaraq təmin edəcəklər. Çünki onlar böyük bir təşkilatı uğurla təmsil edir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu