Modern.az

Göygöl və Gəncədəki zəhərlənmələrlə bağlı rəsmi AÇIQLAMA

Göygöl və Gəncədəki zəhərlənmələrlə bağlı rəsmi AÇIQLAMA

Aktual

12 Avqust 2024, 00:29

TƏBİB Göygöl və Gəncə şəhərlərində baş vermiş qida zəhərlənməsi ilə bağlı məlumat yayıb.

 

Qurumdan Modern.az-a bildirilib ki, Göygöl Rayon Mərkəzi Xəstəxanasına 3 fərqli ərazidən ümumilikdə 50 nəfər qida zəhərlənməsi şübhəsi ilə müraciət edib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

 

38 nəfər ambulator müalicə üçün evə buraxılıb, hazırda 12 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri orta ağırdır.

                        

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya 83 nəfər, Z.Məmmədov adına xəstəxanaya isə 13 nəfər qida zəhərlənməsi şübhəsi ilə yerləşdirilib. 

 

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və 50 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 46 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri orta ağırdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
PUTİN RAZILAŞDI, UKRAYNA ÖZ TƏKLİFİNDƏN İMTİNA ETDİ