Modern.az

Laçın yolu “dovşanlar” üçün Ermənistana qaçmağa həmişə açıqdır…

Laçın yolu “dovşanlar” üçün Ermənistana qaçmağa həmişə açıqdır…

4 Yanvar 2023, 14:28

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist

 

Türk əfsanələrində müqəddəs varlıq kimi qəbul edilən boz qurd türklərin özləri ilə eyniləşdirilir. Güclü, çevik, azadlığı, sürəti və təbiəti təmsil edən qurdun türklərin xarakterini əks etdirdiyi hər kəsə məlumdur. Hətta müxtəlif ölkələrin mifologiyasında da yer alan qurd motivinin türk xalqının simvolu hesab edilməsi artıq çoxdan öz təsdiqini tapıb. Doğrudur, astroloji baxımdan illər sırasında qurd ili yoxdur. Ancaq nə yaxşı ki, qurd bütün illərə aid heyvanların – ABŞ-nin timsalında pələnglə, Çinin timsalında əjdaha ilə, qərbi Avropa ölkələrinin timsalında öküzlə, əgər burada ayrıca götürsək Fransanın timsalında xoruzla və başqalarının qarşısında qürurla dayanmağı bacarır. Bu mənada ermənilərin xarakterini özündə əks etdirən dovşan da onlardan biri, hətta ən qorxağıdır.

Baxın, bioloqların fikrincə dovşanlara qulluq zamanı onlar daha da ciddi qayğı tələb edirlər. Eyni zamanda, onlar ani hərəkətlərdən və çox yüksək səslərdən həddindən artıq qorxurlar. Belə olan halda sizcə bu, ermənilərin xarakteri ilə tamamilə üst-üstə düşmürmü? Məgər, iki yüz ildən çoxdur Rusiyanın əlində “can kimi bəslənən”, “kök, kələm” yeyən, ancaq indi Laçın yolunda azərbaycanlı ekofəalların haqlı olaraq keçirdiyi aksiya səbəbindən rusiyalı “sülhməramlılar” tərəfindən gediş-gəlişləri məhdudlaşdırılmış bu “dovşanlar” onlardan özlərinə daha ciddi “qayğı” tələb etmirmi?

Dovşanın yüksək səslərdən qoxmasına gəlincə isə ABŞ-ın “Foreign Policy” analitik nəşrinin 2023-cü ildə Ukraynadakı müharibənin təsiri altında 10 yeni hərbi münaqişə proqnozlaşdırması və bu onluğun içində məhz Azərbaycanla Ermənistana xüsusi diqqət ayırması, erməniləri əsl dovşana döndərib. Ancaq görünür 30 ildən artıqdır məşhur “Nu, poqodi!” cizgi filmində olduğu kimi,  “Qurdun” əlindən min-bir oyunla sivişib qaçan “dovşan”, bu dəfə qulaqlarını sallayıb təslim olmağa məcburdur. Artıq ona indi nə humanitar yardım adı ilə “kök, kələm” daşıyan ruslar, nə də qulaqlarına “qorxu duası” oxuyan fars “mollaları” kömək edə biləcək.  

Hərçənd, elə bu “dovşanlar” özləri də etiraf edirlər ki, ABŞ və Çin bu və ya digər dərəcədə Azərbaycanı dəstəkləyir. Fransa Ermənistanı dəstəkləsə də, amma konkret addımlara keçmək niyyətində deyil. Əksinə, Paşinyanın “böyük bacısı” Makron Ermənistana KTMT-də, günü-gündən maddi və hərbi baxımdan zəifləyən Rusiyanın təsir zonasında qalmağı məsləhət görür. Bir sözlə, dünyada heç kim açıq, hərbi yardım və ordusu ilə Ermənistana dəstək olmağa hazır deyil.

Ancaq bu da təəccüblüdür ki, erməni teleqram kanallarının yazdığına görə, guya Ermənistanın “nazirbaşı” Paşinyan deyilənlərə məhəl qoymayaraq, Kremldən Laçın dəhlizi məsələsini yanvarın 10-na kimi həll etməyi tələb edib. Əks halda, Ermənistan 2023-cü ilin sonuna qədər başa çatacaq KTMT və MDB-yə üzvlüyün denonsasiyasına başlayacaq.

İndi ilk addım kimi Ermənistan “Milli demokratik qütb” hərəkatının üzvləri yanvarın 8-də Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının qarşısında “Qarabağ blokadadır” iddiası ilə aksiya keçirməyi planlaşdırır. Hətta, bir qədər öncə hərəkatın üzvü Vahe Qasparyan bildirmişdi ki, “əgər yaxın günlərdə Laçın yolu açılmasa, Gümrüdəki hərbi bazanı bloklayacaqlar”. Sözsüz ki, bu aksiyanın rəsmi İrəvan tərəfindən planlaşdırıldığı daha çox güman ediləndir. Çünki adı çəkilən baza indi bloklansa, növbəti mərhələdə onun Ermənistandan birdəfəlik çıxarılması tələbini gündəmə gətirə bilər. Amma belə baxanda da bu, “qara dovşanın” öz “can kimi bəsləyənindən” az “qayğı” gördüyü üçün daha çox “qaragözlük” etməsinə bənzəyir. 

Digər tərəfdən isə maraqlıdır ki, erməni “nazirbaşının” yeni il münasibətilə çıxışında bəlkə də çoxları üçün gözəçarpmayan incə detallar müşahidə olunur. Diqqət edin, o, təbrikində “biz müstəqil, suveren, çiçəklənən və təhlükəsiz dövlət uğrunda mübarizə aparırıq... Biz çox dəqiq formada və 29 800 kvadrat kilometr sahəyə malikik. Bu, çətin və təhlükəli olsa da, dövlətçilik xatirinə xilas olmaq üçün qaçılmaz bir yoldur” – deyir. Dolayısı ilə bu o deməkdir ki, Paşinyan çıxışında həm də “təhlükəsizlik müttəfiqlərimiz bizi tək buraxdılar”, deməklə özünü sığortalayıb Qarabağdan canını qurtarmağı, eyni zamanda dovşan kimi qorxaq olduğunu etiraf edərək, nəhayət deyəsən yavaş-yavaş “öz kəndinə” gəlir.

Nə qədər təəccüblü görünsə də, dövlətçiliyini xilas etmək istəyən erməni “nazirbaşı” çıxışında “...biz ilk növbədə, bölgəmizdə münasibətlərimizin keyfiyyətini dəyişə bilməliyik” deyəndə isə görünür indiyə qədər xalq, ölkə, eyni zamanda qonşu olaraq zay olduqlarını öz dili ilə təsdiqləyir və bu gündən sonra “keyfiyyətli erməni” olacaqlarını qarşıya məqsəd qoyur. 

2022-ci ili ciddi çağırışlar ili adlandıran Paşinyan, Laçın yolundakı aksiyaya  münasibətində Qarabağ ermənilərunə, bəlkə də daha çox separatçılara, öz incə icmarıcını göndərib onları da zay düşüncədən əl çəkib keyfiyyətli olmağa çağıraraq, “indi... onlara demək istəyirəm ki, bölgədəki münasibətlərin keyfiyyətinin dəyişdirilməsi barədə mesajın vacib ünvançılarıdır və bu, hamımıza düşünmək üçün müstəsna vaxtdır”, - deyir.

Nə isə, əslində ermənilərin daha çox meymun kimi bic, hiyləgər olduğunu hamı bilir. Amma məlum olduğu kimi, bu il su dovşanı ilidir. Çin astrologiyasına görə,  su uzunömürlülük və sülh, dovşan isə qorxaqlığını bir yana qoysaq, sayıqlıq, ağıl, tədbirlilik, eyni zamanda özünü qoruma simvoludur. İndi dovşan kimi qorxuya düşmüş haylar əgər özlərini həqiqətən də qulaqlarından asılmaqdan və ya dövlətlərini məhv olmaqdan qorumaq istəyirlərsə, o zaman ağıl işlədib, tədbir görüb olan-qalan “keyfiyyətlərini” ortaya qoymaqla mifik iddialarından əl çəkməlidirlər. Əks təqdirdə, Laçın yolu “dovşanlar” üçün Ermənistana qaçmağa həmişə açıqdır…

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Prezident Xocalıda duyğulu anlar yaşandı