Modern.az

Ermənilər təlimdən sonra Ağdamda yanğın törədib

Ermənilər təlimdən sonra Ağdamda yanğın törədib

Aktual

23 May 2016, 21:08

Ermənistan Silahlı Qüvvələri Ağdamın işğal olunmuş ərazilərində yanğın törədiblər. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bu gün Ermənistan Silahlı Qüvvələri irimiqyaslı hərbi təlimləri başa vurduqdan sonra ərazilərə od vurublar. Təlimlərdən dərhal sonra işğal altında olan yaşayış məntəqələrində güclü tüstü müşahidə olunub. Hazırda sözügedən ərazidə yanğın davam edir.

Xatırladaq ki, bu gün günün ikinci yarısında erməni silahlı bölmələri nəzarət etdikləri ərazilərdəki dağ massivlərində və düzəngahlarda canlı qüvvə, zirehli texnika və artilleriya qurğularından istifadə edərək təlimlər keçiriblər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!