Modern.az

“Aprelin 4-də müharibə dayandırılmasaydı ...” - Video 

“Aprelin 4-də müharibə dayandırılmasaydı ...” - Video 

Aktual

27 May 2016, 20:26

"Aprelin 4-də müharibə dayandırılmasaydı Azərbaycan işğal edilmiş ərazilərini qısa müddətə - 15-20 günə, bəlkə də 1 aya tam azad edə bilərdi".

Modern.az saytı ANS TV-yə istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov aprelin əvvəlində cəbhədə yaşanan gərginliyə  beynəlxalq təşkilatların münasibətini şərh edərkən səsləndirib.

 O, Azərbaycanın bunun üçün yetərincə gücə sahib olduğunu, lakin beynəlxalq aləmin buna imkan vermədiyini əlavə edib.

"Həm orduda xidmət edənlərin, həm Azərbaycan xalqının, həm də ölkə başçısının torpaqların azad edilməsi üçün iradəsi, əzmi ortada idi. Biz Azərbaycan olaraq beynəlxalq münasibətlərin tərkib hissəsiyik. Dünya siyasətinin aktorlarından biriyik. BMT Təhlükəsizlik Şurasının, BMT nizamnaməsinin müəyyən tələbləri var ki, biz həmin tələblərə əməl etməliyik. Biz ötən iki ildə BMT təhlükəsizlik şurasının üzvü olduq. Beynəlxaq qurumların normaları var ki, bu tipli münaqişələr dinc yolla həll edilməlidir", - deyə Əli Həsənov bildirib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı