Modern.az

Daha bir ölkədə Azərbaycan səfirliyi açılacaq

Daha bir ölkədə Azərbaycan səfirliyi açılacaq

Aktual

28 May 2016, 20:07

Azərbaycan Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov Albaniya parlamentinin sədri İlir Meta ilə görüşüb.

Z.Əsgərovun rəhbərlik etdiyi Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyəti qurumun Albaniyanın paytaxtı Tiranada keçirilən yaz sessiyasında iştirak edir. Z.Əsgərov sessiya çərçivəsində

Albaniya parlamentinin sədri İlir Meta ilə görüşüb.

Görüşdə iki ölkənin parlamentləri arasında əlaqələrinin genişləndirilməsi məsələsi müzakirə olunub. Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar fikir mübadiləsi aparılıb.

Albaniya parlamentinin spikeri Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərini deyib.

Görüşdə bildirilib ki, Albaniyada Azərbaycan səfirliyi açılacaq. Qeyd edilib ki, Azərbaycanın Tiranadakı diplomatik nümayəndəliyinin payızda açılması nəzərdə tutulub.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı